Liqa 1: “Monako” evdə uduzdu, “Olimpik” xal itirdi

Futbol üzrə Fransa çempionatında (Liqa 1) 27-ci tura yekun vurulub. Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha yeddi qarşılaşma baş tutub.

Dörd qolun qeydə alındığı “Nant” – “Nitsa” matçında qalib müəyyənləşməyib. Marsel “Olimpik”inin “Strasburq”la ev oyununda da oxşar nəticə qeydə alınıb. “Monako” isə evdə “Reyms”ə uduzub.

“Loryan” “Trua” ilə ev oyunundan inamlı qələbə ilə ayrılıb. “Klermon” doğma meydanda “Lans”a, “Ayaçço” “Monpelye”yə, “Anje” də “Tuluza”ya məğlub olub.

Beləliklə, 27 turdan sonra 66 xala malik PSJ vahid liderdir. Marsel “Olimpik”i 56 xalla ikinci, “Lans” isə 54 xalla üçüncü pillədə qərarlaşıb. “Monako” 51, “Renn” 47, “Lill” 46, “Nitsa, “Reyms” və “Loryan” 43, Lion “Olimpik”i isə 40 xal toplaya bilib.

Fransa, Liqa 1
27-ci tur
10 mart

Lill – Olimpik (Lion) 3:3
Qol: David, 46; 61; 79 – Barkola, 64. Lakazette, 83; 89.

11 mart

Oser – Renn 0:0

Brest – PSJ 1:2
Qol: Honorat, 43 – Soler, 37. Mbappe, 90+1.

12 mart

Klermon – Lans 0:4
Qol: Openda, 31; 34; 35. Klod-Maurise, 76.

Ayaçço – Monpelye 0:1
Qol: Vahi, 68.

Anje – Tuluza 0:2
Qol: Desler, 37. Dallinqa, 46.

Loryan – Trua 2:0
Qol: Dienq, 8.

Nant – Nitsa 2:2
Qol: Sissoko, 31. M.Məhəmməd, 88 – Moffi, 5. Ndayişimiye, 71.

Monako – Reyms 0:1
Qol: Baloqun, 51.

Olimpik (Marsel) – Strasburq 2:2
Qol: Mbemba, 49. A.Sançes, 76-pen – Aholu, 88; 89.

Xəbəri sosial şəbəkələrdə paylaş: