Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2024/2025-ci illər mövsümünün 23-cü turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə üç qarşılaşma baş tutub.
Altı qolun qeydə alındığı “Sent Etyen” – “Anje” matçında qalib müəyyənləşməyib. “Lill” doğma meydanda “Monako” üzərində qələbəyə sevinib. “Oser”in qonağı olan Marsel “Olimpik”i isə 3 cavabsız qola üzülüb.
23-cü turun qalan görüşləri bazar gününə təsadüf edəcək.
Fransa, Liqa 1
23-cü tur
21 fevral
Renn – Reyms 1:0
Qol: Kalimuendo, 10-pen.
22 fevral
Lill – Monako 2:1
Qollar: Haraldsson, 22; 42 – Minamino, 45+1.
Sent Etyen – Anje 3:3
Qollar: Kardona, 36; 73. Ekva, 52 – Abelli, 7; 17. Dienq, 90+4-pen.
Oser – Olimpik (Marsel) 3:0
Qollar: Perrin, 34. J.Junior, 77-pen; 90+1.
23 fevral
18:00. Nant – Lans
20:15. Havr – Tuluza
20:15. Nitsa – Monpelye
20:15. Strasburq – Brest
23:45. Olimpik (Lion) – PSJ