Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2024/2025-ci illər mövsümünün 14-cü turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə üç qarşılaşma baş tutub.
“Monako” doğma meydanda “Tuluza”ya, “Nitsa” isə “Havr”a qalib gəlib. Səfərdə “Anje” ilə qarşılaşan Lion “Olimpik”i isə 3 xalı 3 cavabsız qolla qazanıb.
14-cü turun qalan oyunları bazar gününə təsadüf edəcək.
Fransa, Liqa 1
14-cü tur
6 dekabr
Lill – Brest 3:1
Qollar: David, 7-pen; 69. Haraldsson, 44 – Ayork, 48.
Oser – PSJ 0:0
7 dekabr
Monako – Tuluza 2:0
Qollar: Sinqo, 50. Embolo, 82.
Nitsa – Havr 2:1
Qollar: Laborde, 55-pen. Buanani, 75 – Lyoris, 90+2.
Anje – Olimpik (Lion) 0:3
Qollar: Talyafiko, 26. Şerki, 55. Mikautadze, 88.
8 dekabr
18:00. Lans – Monpelye
20:00. Nant – Renn
20:00. Strasburq – Reyms
23:45. Sent Etyen – Olimpik (Marsel)


