Liqa 1: “Nant” evdə, Marsel “Olimpik”i səfərdə sevindi

Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2024/2025-ci illər mövsümünün 14-cü turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə dörd qarşılaşma baş tutub.

“Strasburq” – “Reyms” matçında qapılara qol vurulmayıb. “Lans” doğma meydanda “Monpelye”yə, “Nant” isə “Renn”ə qalib gəlib. Səfərdə “Sent Etyen”lə qarşılaşan Marsel “Olimpik”i də turu inamlı qələbə ilə başa vurub.

Beləliklə, 14 turdan sonra 34 xala malik olan və məğlubiyyət tanımayan PSJ vahid liderdir. Marsel “Olimpik”i ilə “Monako” 29 xalla 2-3-cü yerləri bölüşürlər. “Lill” 26, Lion “Olimpik”i 25, “Nitsa” və “Lans” 23 xal toplayıblar.

Fransa, Liqa 1
14-cü tur
6 dekabr

Lill – Brest 3:1
Qollar: David, 7-pen; 69. Haraldsson, 44 – Ayork, 48.

Oser – PSJ 0:0

7 dekabr

Monako – Tuluza 2:0
Qollar: Sinqo, 50. Embolo, 82.

Nitsa – Havr 2:1
Qollar: Laborde, 55-pen. Buanani, 75 – Lyoris, 90+2.

Anje – Olimpik (Lion) 0:3
Qollar: Talyafiko, 26. Şerki, 55. Mikautadze, 88.

8 dekabr

Lans – Monpelye 2:0
Qollar: Laskari, 39. Lekomte, 90+1-öz qapısına.

Nant – Renn 1:0
Qol: Simon, 89.

Strasburq – Reyms 0:0

Sent Etyen – Olimpik (Marsel) 0:2
Qollar: Rabyo, 17. Qrinvud, 65.

Xəbəri sosial şəbəkələrdə paylaş: