Liqa 1: “Nant” Renn səfərindən xalsız qayıtdı

Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2024/2025-ci illər mövsümünün 30-cu turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun açılış oyununda “Renn” doğma meydanda “Nant”la üz-üzə gəlib. Üç qolun qeydə alındığı oyun meydan sahiblərinin çətin qələbəsiylə yekunlaşıb.

30-cu turun qalan görüşləri şənbə və bazar günlərinə təsadüf edəcək.

Fransa, Liqa 1
30-cu tur
18 aprel

Renn – Nant 2:1
Qollar: Truffer, 23. Meyte, 86 – M.Məhəmməd, 54.

19 aprel

19:00. PSJ – Havr
21:00. Monako – Strasburq
23:05. Olimpik (Marsel) – Monpelye

20 aprel

17:00. Lill – Oser
19:15. Brest – Lans
19:15. Nitsa – Anje
19:15. Reyms – Tuluza
22:45. Sent Etyen – Olimpik (Lion)