Liqa 1: “Nitsa” 2025-ci ilə qələbə ilə başladı

Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2024/2025-ci illər mövsümünün 16-cı turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun və 2025-ci ilin ilk oyununda “Nitsa” doğma meydanda “Renn”lə qarşılaşıb. Beş qolun qeydə alındığı oyunda meydan sahibləri qələbə qazanıblar.

Turun qalan görüşləri yanvarın 4-də və 5-də baş tutacaq.

Fransa, Liqa 1
16-cı tur
3 yanvar

Nitsa – Renn 3:2
Qollar: Gessan, 12. Diop, 34. Laborde, 45+5 – Kalimuendo, 27. Truffert, 49.

4 yanvar

20:00. Sent Etyen – Reyms
22:00. Lill – Nant
00:00. Olimpik (Lion) – Monpelye

5 yanvar

18:00. Anje – Brest
18:00. Lans – Tuluza
18:00. Strasburq – Oser
23:45. Olimpik (Marsel) – Havr

Xəbəri istədiklərinizlə paylaşın