Liqa 1: “Nitsa” xal itirdi, “Strasburq” autsayderə qalib gəldi

Futbol üzrə Fransa çempionatında (Liqa 1) 24-cü turun oyunları keçirilir. Arena.az xəbər verir ki, ikinci oyun günündə daha iki qarşılaşma baş tutub.

“Nitsa” – “Reyms” matçında qapılara qol vurulmayıb. Üç qolun qeydə alındığı “Strasburq” – “Anje” matçında isə qələbəni meydan sahibləri bayram ediblər.

24-cü turun qalan qarşılaşmaları fevralın 19-da keçiriləcək.

Fransa, Liqa 1
24-cü tur
17 fevral

Oser – Olimpik (Lion) 2:1
Qol: Perrin, 50-pen. Jubal, 53 – Dembele, 36.

18 fevral

Nitsa – Reyms 0:0

Strasburq – Anje 2:1
Qol: H.Diallo, 14; 42 – Bentaleb, 73-pen.

19 fevral

16:00. PSJ – Lill
18:00. Brest – Monako
18:00. Loryan – Ayaçço
18:00. Renn – Klermon
18:00. Trua – Monpelye
20:05. Lans – Nant
23:45. Tuluza – Olimpik (Marsel)