Liqa 1: PSJ ilə Marsel “Olimpik”i də bacarmadı

Futbol üzrə Fransa çempionatında (Liqa 1) 25-ci tura yekun vurulub. Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha yeddi qarşılaşma baş tutub.

“Klermon” – “Strasburq” matçında tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər. “Ayaçço” doğma meydanda “Trua”ya, “Reyms” isə “Tuluza”ya qalib gəlib. “Loryan” evdə “Oser”ə, “Nant” da “Renn”ə minimal hesabla uduzub.

“Monako” doğma azarkeşlərinin gözü önündə “Nitsa”ya 3 cavabsız qolla məğlub olub. Səfərdə əsas izləyicisi olan Marsel “Olimpik”i ilə qarşılaşan lider və son çempion PSJ də 3 xalı 3 cavabsız qolla qazanıb.

Beləliklə, 25 turdan sonra 60 xala malik PSJ vahid liderdir. Marsel “Olimpik”inin 52, “Monako” və “Lans”ın 50 xalı var. “Renn” 46, “Lill” 44, “Nitsa” 41, “Loryan” 39, Lion “Olimpik”i 38, “Reyms” 37 xal toplaya bilib.

Fransa, Liqa 1
25–ci tur
24 fevral

Lill – Brest 2:1
Qol: Diakite, 60. Alexsandro, 80 – Djalo, 8-öz qapısına.

25 fevral

Anje – Olimpik (Lion) 1:3
Qol: Sima, 87 – T.Mendes, 38. Sarr, 80. Barkola, 90.

Monpelye – Lans 1:1
Qol: Mauassa, 59 – Fulgini, 4.

26 fevral

Loryan – Oser 0:1
Qol: Raveloson, 58.

Ayaçço – Trua 2:1
Qol: Belaili, 62. El-İdrissi, 68 – Balde, 23.

Klermon – Strasburq 1:1
Qol: Raşani, 65 – Diallo, 34.

Nant – Renn 0:1
Qol: Doku, 20.

Reyms – Tuluza 3:0
Qol: İto, 4. Munetsi, 7. Abdelhamid, 68.

Monako – Nitsa 0:3
Qol: Moffi, 8; 26. Turam, 43.

Olimpik (Marsel) – PSJ 0:3
Qol: Mbappe, 25; 55. Messi, 29.

Xəbəri sosial şəbəkələrdə paylaş: