Liqa 1: PSJ Marseldən inamlı qələbə ilə qayıtdı

Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2023/2024 mövsümünün 27-ci turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə altı qarşılaşma baş tutub.

“Strasburq” doğma meydanda “Renn” üzərində inamlı qələbəyə sevinib. Günün qalan oyunlarının hamısı qonaq komandaların qələbəsiylə yekunlaşıb. Belə ki, “Loryan” evdə “Brest”ə, “Klermon” “Tuluza”ya, “Havr” “Monpelye”yə, “Nitsa” “Nant”a uduzub.

Səfərdə Marsel “Olimpik”i ilə üz-üzə gələn son çempion və lider PSJ də turu inamlı qələbə ilə başa vurub.

Beləliklə, 27 turdan sonra 62 xala malik PSJ vahid liderdir və növbəti çempionluğa doğru inamla irəliləyir. “Brest” 50 xalla 2-ci, “Monako” 49 xalla 3-cü pillədə qərarlaşıb. “Lill” 46, “Nitsa” 43, “Lans” 42, Marsel “Olimpik”i, “Renn” və “Reyms” 39, Lion “Olimpik”i 35 xal toplayıb.

Fransa, Liqa 1
27-ci tur
29 mart

Lill – Lans 2:1
Qollar: Jeqrova, 9; 60 – Vahi, 78.

30 mart

Mets – Monako 2:5
Qollar: Diallo, 78. Sane, 84 – Minamino, 4. Akliuşe, 10. Vanderson, 16. Baloqun, 76; 87.

Olimpik (Lion) – Reyms 1:1
Qollar: Nuama, 65 – Okumu, 55.

31 mart

Loryan – Brest 0:1
Qol: Del Kastilyo, 86.

Klermon – Tuluza 0:3
Qollar: Syerro, 8; 79. Dallinqa, 73.

Havr – Monpelye 0:2
Qollar: Ferri, 72. Jülyen, 80.

Nitsa – Nant 1:2
Qollar: Moffi, 72-pen – Ablin, 19. M.Məhəmməd, 76-pen.

Strasburq – Renn 2:0
Qollar: Senaya, 71. Sebas, 73.

Olimpik (Marsel) – PSJ 0:2
Qollar: Vitinya, 53. Q.Ramos, 85.