Futbol üzrə Fransa çempionatında (Liqa 1) 23-cü turun oyunları keçirilir. Arena.az xəbər verir ki, ikinci oyun günündə daha iki qarşılaşma baş tutub.
Lider PSJ səfərdə “Monako” ilə üz-üzə gəlib. Dörd qolun qeydə alındığı turun mərkəzi matçı PSJ-nin məğlubiyyəti ilə başa çatıb. Bu, Paris təmsilçisinin cari mövsümdəki üçüncü yenilgisidir.
Səfərdə “Klermon”la üz-üzə gələn Marsel “Olimpik”i isə turu inamlı qələbə ilə başa vurub.
Tura sabah keçiriləcək 7 qarşılaşma ilə yekun vurulacaq.
Fransa, Liqa 1
23-cü tur
10 fevral
Nitsa – Ayaçço 3:0
Qol: Dante, 3. Brahimi, 69; 90.
11 fevral
Monako – PSJ 3:1
Qol: Qolovin, 4. Ben Yedder, 18; 45+1 – Emeri, 39.
Klermon – Olimpik (Marsel) 0:2
Qol: A.Sançes, 44-pen; 81.
12 fevral
16:00. Tuluza – Renn
18:00. Anje – Oser
18:00. Lill – Strasburq
18:00. Monpelye – Brest
18:00. Reyms – Trua
20:05. Nant – Loryan
23:45. Olimpik (Lion) – Lans