Liqa 1: PSJ Nantda qələbəni əldən verdi

Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2024/2025-ci illər mövsümünün 29-cu turundan təxirə salınmış bir oyun keçirilib.

Arena.az xəbər verir ki, günün yeganə qarşılaşması Nantda eyniadlı komanda ilə PSJ arasında baş tutub.

Qarşılaşmada hesabı çempionluğu bir neçə tur öncə təmin etmiş PSJ açsa da, “Nant” matçın sonlarında bərabərlik qolunu vurmağı bacarıb. Nəticədə tərəflər yekunda hərəyə 1 qol və 1 xalla kifayətləniblər.

Bu nəticədən sonra PSJ 78 xalla zirvədə qərarlaşıb. “Nant” isə 31 xalla 14-cüdür.

Fransa, Liqa 1
29-cu tur
22 aprel

Nant – PSJ 1:1
Qollar: D.Auqusto, 83 – Vitinya, 33.

Xəbəri sosial şəbəkələrdə paylaş: