Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2024/2025-ci illər mövsümünün 7-ci turunun oyunlarına yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə beş qarşılaşma baş tutub.
Avropa Liqasının Liqa mərhələsində Azərbaycan çempionu “Qarabağ”ın rəqiblərindən olan Lion “Olimpik”i doğma meydanda “Nant”la qarşılaşıb. Lionlular doğma meydanda inamlı qələbəyə seviniblər.
“Brest” – “Havr” və “Reyms” – “Monpelye” matçlarında da meydan sahibləri inamlı qələbəyə imza atıblar.
Dörd qolun vurulduğu “Strasburq” – “Lans” matçında qalib müəyyənləşməyib.
Son çempion və lider PSJ isə “Nitsa” ilə səfər oyununda xal itkisi ilə üzləşib.
Beləliklə, 7 turdan sonra 19 xala malik “Monako” vahid liderliyi ələ keçirib. PSJ 17 xalla 2-ci sırada qərarlaşıbsa, Marsel “Olimpik”i ilə “Reyms” 14, “Lill” 13, “Lans” 11, “Strasburq”la Lion “Olimpik”i 10 xal toplayıblar.
Fransa, Liqa 1
7-ci tur
4 oktyabr
Olimpik (Marsel) – Anje 1:1
Qollar: Rou, 51 – Əl-Melali, 54
5 oktyabr
Sent Etyen – Oser 3:1
Qollar: Davitaşvili, 15; 54; 86 – Bair, 74.
Lill – Tuluza 2:1
Qollar: A.Qomes, 57. Bakker, 72 – Abuxlal, 39.
Renn – Monako 1:2
Qollar: Blas, 11 – Kehrer, 6. Baloqun, 22.
6 oktyabr
Olimpik (Lion) – Nant 2:0
Qollar: Talyafiko, 22. Pallua, 54-öz qapısına.
Brest – Havr 2:0
Qollar: Ayorke, 12. Salah, 90+2.
Reyms – Monpelye 4:2
Qollar: Munetsi, 6. Nakamura, 25. Diakite, 57. Teuma, 90+3-pen – Nordin Arno, 37; 90+1.
Strasburq – Lans 2:2
Qollar: Silla, 18. Diarra, 60-pen – Nzola, 5. Diuf, 44.
Nitsa – PSJ 1:1
Qollar: A.Abdi, 39 – N.Mendes, 52.