Liqa 1: PSJ tək qolla sevindi, “Monako” darmadağınla qalib gəldi

Futbol üzrə Fransa çempionatında (Liqa 1) 8-ci tura yekun vurulub. Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha yeddi qarşılaşma baş tutub.

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan “Nant” bu dəfə doğma meydanda “Lans”la qarşılaşıb. Bu matçda qapılara qol vurulmayıb.

Marsel “Olimpik”i də “Renn”lə ev oyunundan heç-heçə ilə ayrılıb. “Monako” isə səfərdə “Reyms”i böyük hesabla məğlub edub.

“Brest” evdə “Ayaçço”ya, “Klermon” “Trua”ya, “Nitsa” da “Anje”yə məğlub olub.

Son çempion PSJ isə bu dəfə Lion “Olimpik”inin qonağı olub. Lionel Messinin vurduğu erkən və yeganə qol Paris təmsilçisinə vacib qələbə qazandırıb.

Beləliklə, 8 turdan sonra PSJ 22 xalla vahid liderdir. Marsel “Olimpik”i 20 xalla 2-ci, “Loryan” 19 xalla 3-cü, “Lans” 18 xalla 4-cü, “Monako” 14 xalla 5-cidir. Lion “Olimpik”i və “Lill” isə 13 xal toplaya bilib.

Fransa, Liqa 1
8-ci tur

16 sentyabr

Oser – Loryan 1:3
Qol: Hayn, 50 – Uattara, 15. Moffi, 36. Le Fi, 42.

17 sentyabr

Monpelye – Strasburq 2:1
Qol: Nordin, 17. Savanye, 90+4 – Diallo, 85.

Lill – Tuluza 2:1
Qol: David, 5. Unas, 53 – Çaibi, 48.

18 sentyabr

Reyms – Monako 0:3
Qol: Qolovin, 47. Minamino, 87. Ben Yedder, 90.

Brest – Ayaçço 0:1
Qol: Hamuma, 65.

Klermon – Trua 1:3
Qol: Qastyen, 3 – Balde, 23; 54. Ripar, 83.

Olimpik (Marsel) – Renn 1:1
Qol: Genduzi, 52 – Genduzi, 25-öz qapısına.

Nitsa – Anje 0:1
Qol: Bentaleb, 43.

Nant – Lans 0:0

Olimpik (Lion) – PSJ 0:1
Qol: Messi, 5.