Liqa 1: PSJ və “Lans” 3:1-ə sevindilər

Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2023/2024 mövsümünün 21-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə iki qarşılaşma baş tutub.

“Lans” doğma meydanda “Strasburq”a inamlı hesabla qalib gəlib. Lider PSJ də “Lill” ilə ev oyununda oxşar hesabla (3:1) qələbə qazanıb.

21-ci turun qalan görüşləri bazar gününə təsadüf edəcək.

Fransa, Liqa 1
21-ci tur
9 fevral

Olimpik (Marsel) – Mets 1:1
Qollar: Mumbanya, 56 – Udol, 61.

10 fevral

Lans – Strasburq 3:1
Qollar: Vahi, 16. P.Da Kosta, 30. Sotoka, 58 – Delayne, 43.

PSJ – Lill 3:1
Qollar: Q.Ramos, 10. Alexsandro, 17-öz qapısına. Kolo Muani, 80 – Y.Yazıcı, 6.

11 fevral

16:00. Havr – Renn
18:00. Klermon – Brest
18:00. Loryan – Reyms
18:00. Tuluza – Nant
20:05. Monpelye – Olimpik (Lion)
23:45. Nitsa – Monako