Futbol üzrə Fransa çempionatında (Liqa 1) 10-cu turun oyunları keçirilir. Arena.az xəbər verir ki, ikinci oyun günündə daha iki qarşılaşma baş tutub.
Marsel “Olimpik”i doğma meydanda “Ayaçço” ilə qarşılaşıb. Üç qolun qeydə alındığı matç marsellilərin məğlubiyyəti ilə başa çatıb.
PSJ isə “Reyms”in qonağı olub. Tərəflər bu oyundan qolsuz ayrılıblar.
10-cu tura bazar günü keçiriləcək 7 qarşılaşma ilə yekun vurulacaq.
Fransa, Liqa 1
10-cu tur
7 oktyabr
Olimpik (Lion) – Tuluza 1:1
Qol: Tete, 2 – Ratao, 67.
8 oktyabr
Olimpik (Marsel) – Ayaçço 1:2
Qol: Payet, 15 – Oko, 25.
Reyms – PSJ 0:0
9 oktyabr
15:00. Monpelye – Monako
17:00. Anje – Strasburq
17:00. Brest – Loryan
17:00. Klermon – Oser
17:00. Nitsa – Trua
19:05. Renn – Nant
22:45. Lill – Lans