Liqa 1: PSJ-yə 1 qol bəs etdi, “Lill” Marseldə xalsız qaldı

Futbol üzrə Fransa çempionatında (Liqa 1) 7-ci turun oyunları keçirilir. Arena.az xəbər verir ki, ikinci oyun günündə daha iki qarşılaşma baş tutub.

Son çempion PSJ doğma meydanda “Brest”lə qarşılaşıb. Paris təmsilçisi bu rəqibini minimal hesabla üstələyib.

Günün digər matçında isə Marsel “Olimpik”i “Lill” ilə qarşılaşıb. Üç qolun qeydə alındığı bu matçda da qələbəni meydan sahibləri bayram ediblər.

Turun qalan qarşılaşmaları bazar gününə təsadüf edəcək.

Fransa, Liqa 1
7-ci tur
9 sentyabr

Lans – Trua 1:0
Qol: Danso, 39.

10 sentyabr

PSJ – Brest 1:0
Qol: Neymar, 30.

Olimpik (Marsel) – Lill 2:1
Qol: A.Sançes, 26. Jiqo, 61 – İsmaili, 12.

11 sentyabr

15:00. Strasburq – Klermon
17:00. Ayaçço – Nitsa
17:00. Anje – Monpelye
17:00. Loryan – Nant
17:00. Tuluza – Reyms
19:05. Renn – Oser
22:45. Monako – Olimpik (Lion)