Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2024/2025-ci illər mövsümünün 6-cı turunun oyunlarına yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə dörd qarşılaşma baş tutub.
Avropa Liqasının Liqa mərhələsində “Qarabağ”ın rəqiblərindən olan Lion “Olimpik”i səfərdə “Tuluza” ilə qarşılaşıb. Lionlular bu oyundan qələbə ilə ayrılıblar.
“Anje” – “Reyms” matçında da qonaqlar qələbə qazanıblar.
Dörd qolluq “Nant” – “Sent Etyen” matçında qalib müəyyənləşməyib. “Strasburq” isə Marsel “Olimpik”ini xalsız yola salıb.
Beləliklə, 6 turdan sonra 16 xala malik PSJ və “Monako” yarış cədvəlinə şərikli liderlik edirlər. Marsel “Olimpik”inin 13, “Reyms”in 11, “Lill” və “Lans”ın 10, “Nant” və “Strasburq”un 9, “Nitsa”nın 8, “Renn” və Lion “Olimpik”inin 7, “Oser”, “Brest” və “Havr”ın 6 xalı var.
Fransa, Liqa 1
6-cı tur
27 sentyabr
Oser – Brest 3:0
Qollar: Ovusu, 26; Jubal, 37-pen. Traore, 59.
PSJ – Renn 3:1
Qollar: Barkola, 30; 68. Li Kanq, 58 – Kalimuendo, 73.
28 sentyabr
Lans – Nitsa 0:0
Havr – Lill 0:3
Qollar: David, 23; 35; 79.
Monako – Monpelye 2:1
Qollar: Baloqun, 32. L.Kamara, 90+8 – Nzinqula, 16.
29 sentyabr
Tuluza – Olimpik (Lion) 1:2
Qollar: Qboho, 14 – Nikolaysen, 28-öz qapısına. Fofana, 90+5.
Anje – Reyms 1:3
Qollar: Z.Ferhat, 84 – Nakamura, 9. İto, 25. Munetsi, 79.
Nant – Sent Etyen 2:2
Qollar: Lepenant, 10. Tomas, 49 – Sissoko, 57; 67.
Strasburq – Olimpik (Marsel) 1:0
Qol: D.Moreyra, 40.