“Liverpul” 129 illik tarixində ilk dəfə belə aqibətlə üzləşdi

“Liverpul” İngiltərə Premyer Liqanın 29-cu turunda doğma meydanda “Çelsi”yə 0:1 hesabıyla məğlub olub.

Arena.az xəbər verir ki, sözügedən məğlubiyyət Mersisayd təmsilçisi üçün antirekordla əlamətdar olub.

Belə ki, “Liverpul” 129 illik klub tarixində ilk dəfə Premyer Liqada doğma meydanda ardıcıl 5 oyunda uduzub.

“Liverpul” “Bernli”yə 0:1, “Brayton”a 0:1, “Mançester Siti”yə 1:4, “Everton”a 0:2 və “Çelsi”yə 0:1 hesabıyla uduzub.

Qeyd edək ki, “Liverpul” klubu 1892-ci ildə yaranıb.

Mersisayd təmsilçisi bu mövsüm Premyer Liqada keçirdiyi 27 oyunda 43 xal toplaya bilib və turnir cədvəlində 7-ci pillədə qərarlaşıb.