“Liverpul” rəhbərliyi Almaniyanın “adidas” şirkəti ilə strateji əməkdaşlıq haqda qərar qəbul edərək, qarşı tərəflə razılıq əldə edib.
Arena.az bu barədə “Football Insider” dərgisinə istinadən məlumat verir.
Vurğulanır ki, müvafiq müqavilə sözügedən klubun tarixində ən böyük müqavilə olacaq.
Tərəflər 5 il müddətinə qüvvədə olacaq razılaşma imzalayacaqlar. “Qırmızılar” hər il texniki sponsorlarından təxminən 60 milyon funt-sterlinq (72 milyon avro) məbləğində qazanc götürəcəklər.
“Liverpul” alman şirkəti ilə əməkdaşlığa gələn ilin yayında, amerikan brendi “Nike” ilə müqaviləsinin müddəti başa çatdıqdan sonra başlayacaq.


