Premyer Liqanın lideri “Liverpul” yarışın bütün tarixi ərzində oyunlarda əsas vaxta əlavə edilmiş təzminat dəqiqələrində 44 qol vurub.
Arena.az “Opta Analyst” dərgisinə istinadən məlumat verir ki, bu, İngiltərə Premyer Liqasının bütün komandaları arasında rekord göstəricidir.
Müvafiq göstəricidə 2-ci pilldə “Arsenal” yer alıb. “Topçular” təzminat vaxtında rəqiblərini 32 dəfə topa tutublar. Göründüyü kimi, “qırmızlar”la “toplçular” arasında fərqin özü də böyükdür.
Premyer Liqanın 27 turundan sonra “Liverpul” 63 xalla yarış cədvəlinə başçılıq edir. “Mançester Siti” 62 xalla 2-ci, 26 oyundan 58 xal toplamış “Arsenal” isə hələlik 3-cü pillədə yer alıb.