İngiltərə nəhəngləri “Liverpul” və “Mançester Yunayted”in azarkeşləri birgə etiraz tədbiri üçün həmrəylik nümayiş etdirərək birləşəcəklər.
Arena.az bu barədə “The Telegraph” dərgisinə istinadən məlumat verir.
Tədbirin məqsədi biletlərin bahalaşmasına etiraz xüsusiyyəti daşıyacaq.
Mənbənin məlumatına görə, İngiltərə Premyer Liqası çərçivəsində yanvarın 5-də “Enfild” stadionunda komandaların baş-başa oyunu öncəsi və oyun zamanı, ittifaqa gəlmiş azarkeşlər müvafiq lövhə asmaq niyyətindədirlər. Lövhədə “Sadiqliyin istismarını dayandırın” ifadəsinin yer alacağı bildirilir.
Müvafiq addımın “Mançester Yunayted”in, klub üzvləri üçün biletlərin qiymətini 66 funt-sterlinq məbləğə yüksəltməsi, həmçinin uşaqlar və təqaüdçülərə verilən müavinətləri ləğv etməsi ilə bağlı azarkeşlər arasında artan narazılıq mənzərəsində atılacağı vurğulanır. “Liverpul” fanatları da bu yolda rəqib komandanın azarkeşləri ilə həmrəylik nümayiş etdirməyə qərar veriblər.