İngiltərənin “Liverpul” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Arena.az xəbər verir ki, Premyer Liqa nəhəngi Almaniyanın “Leypsiq” klubundan İbrahim Konateni transfer edib.
Bu barədə “Liverpul”un mətbuat xidməti məlumat yayıb. 22 yaşlı fransalı müdafiəçi ilə imzalanan müqavilənin müddəti və detalları açıqlanmayıb.
Konate iyulun 1-də “Liverpul”un düşərgəsinə qoşulacaq. Britaniya mətbuatının yazdığına görə, “Liverpul” gənc futbolçu üçün 36 milyon funt sterlinq təzminat ödəyəcək.
Qeyd edək ki, İbrahima Konate Fransanın “Soşo” klubunun yetirməsidir. O, 2017-ci ildən “Leypsiq”in uğurları üçün çalışır. Mərkəz müdafiəçisi geridə qalan mövsümdə “Leypsiq”in heyətində meydana çıxdığı 20 oyunda 1 qola imza atıb.