“Liverpul”da Dioqo Jota və Vircil Van Deyk sıraya döndü

İngiltərə çempionu “Liverpul”un zədəli futbolçularından Dioqo Jota və Vircil Van Deyk sağalıb.

Arena.az xəbər verir ki, bu barədə Premyer Liqa nəhənginin rəsmi saytı məlumat yayıb.

Xəbərdə, portuqaliyalı hücumçunun artıq komanda ilə birgə məşqlərə qoşulduğu bildirilib. Van Deyk isə hələlik fərdi məşqlərlə kifayətlənir.

Jota ötən ilin 9 dekabrından zədəlidir. O, həmin gün “Midtyulland”la Çempionlar Liqası matçında sıradan çıxmışdı. 24 yaşlı futbolçu bu mövsüm 17 oyunda meydana çıxıb və 9 qola imza atıb.

Van Deyk isə ötən ilin oktyabrından zədəlidir. O, bu mövsüm “Liverpul”un heyətində cəmi 8 matça çıxıb və 1 qolla yadda qalıb.