“Liverpul”da yeni müdafiəçi

İngiltərə çempionu “Liverpul” heyətini yeni futbolçu ilə gücləndirib.

Arena.az xəbər verir ki, Premyer Liqa nəhəngi Çempionşipdə mübarizə aparan “Preston”un mərkəz müdafiəçisi Ben Deyvisi transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 25 yaşlı ingilis futbolçu ilə uzunmüddətli müqavilə imzalandığı diqqətə çatdırılıb.

Britaniya mətbuatı “Liverpul”un bu transfer qarşılığında “Preston”a 2 milyon funt-sterlinq ödədiyini yazıb. Üstəlik, “Liverpul” öz futbolçusu Sepp Van Den Berqi “Preston”a göndərib.

İngilis futbolçu yeni komandasında 28 nömrəli formanı geyinəcək. Onu da qeyd edək ki, Ben Devis indiyə qədər Premyer Liqada oynamayıb. Müdafiəçi bu mövsüm “Preston”un heyətində 19 matça çıxıb.