“Liverpul”un azarkeşi Lyuis Kliri barəsində istintaq işi yekunlaşıb və “qırmızılar”ın tərəfdarı 3 il müddətinə futboldan kənarlaşdırılıb.
Arena.az bu barədə “Daily Mail” nəşrinə istinadən məlumat verir.
Azarkeş keçən il dekabrın ortalarında İngiltərə Premyer Liqasının 17-ci turunda komandalar arasında oyunun (0:0) keçirildiyi “Enfild”ə yollanan “Mançester Yunayted”in avtobusuna şüşə butulka atmaqda şübhəli bilinirdi. Təqsirə qanunla sübuta yetirilmiş xuliqan cəzasını alıb. İndi Kliri 3 il futbola həsrət qalmaqla yanaşı, 150 saat müddətində müxtəlif ictimai işlərə də cəlb ediləcək.
Amma iş bununla bitməyib. Azarkeşinin davranışına görə “Liverpul” xeyli “zibilə düşüb”. Məhkəmə İngiltərə nəhəngini 150 min funt-sterliq məbləğində cərimə ödəməyə mükəlləf edib. Həmçinin “Liverpul” “qırmızı şeytanlar”a dəymiş ziyanı ödəməli olacaq.
Vurğulayaq ki, bu hadisə zamanı xəsarət alan olmayıb.