“Liverpul”un sabiq müdafiəçisi Argentina klubunda

Futbol üzrə Argentina yığmasının və “Liverpul”un sabiq müdafiəçisi Emiliano İnsua özünə yeni komanda tapıb.

Arena.az xəbər verir ki, 32 yaşlı futbolçu bundan sonra karyerasını Argentinada davam etdirəcək.

O, yerli “Aldosivi” klubuna keçib. Bu barədə Argentina təmsilçisinin mətbuat xidməti məlumat yayıb. İnsua ilə imzalanan müqavilənin müddəti ilin sonuna qədərdir.

“Boka Xuniors”un yetirməsi olan İnsua daha əvvəl İngiltərədə “Liverpul”, Türkiyədə “Qalatasaray”, İspaniyada “Atletiko”, “Rayo Valyekano”, Almaniyada “Ştutqart” klublarının uğurları üçün çalışıb. Müdafiəçinin son klubu isə ABŞ-ın “Los Anceles Qalaksi” komandası olub.

Emiliano İnsua Argentina yığmasında 5 oyun keçirib.