“Liverpul”un zədəli futbolçuları sağaldı

Futbol üzrə İngiltərə Premyer Liqasının 23-cü turu çərçivəsində “Mançester Siti” ilə qarşılaşacaq “Liverpul”un zədəliləri sağalıb.

Arena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Sadio Mane, Alisson Bekker və Fabinyo son məşqdə iştirak edib.

Bundan başqa, yeni transferlər – Ozan Kabak və Ben Deyvis də komanda ilə birlikdə məşqlərə başlayıb.

Sabah keçiriləcək “Liverpul” – “Mançester Siti” oyununa Bakı vaxtı ilə 20:30-da start veriləcək.