İtaliyanın “Roma” klubu yarımmüdafiəçisi Lorenso Pelleqrini ilə müqavilənin müddətini artırıb. Arena.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
25 yaşlı futbolçu ilə müddəti 2026-cı ilin yayına qədər olan müqavilə imzalanıb.
“Roma”nın öz yetirməsi olan Lorenso Pelleqrini 2015-ci ilin martında “canavarlar”ın əsas komandasında debüt edib. O, “sarı-qırmızılı” formada indiyə qədər 161 matça çıxıb, 25 qol vurub. O, iki mövsüm “Sassuolo”da oynadıqdan sonra 2017-ci ildə yenidən doğma klubuna qayıdıb. Pelleqrini bu mövsüm A Seriyasında 3 qola imza atıb.


