Luçano Spalletti sükanı təhvil verdi və sükanını geri aldı – Video

Napoli”nin artıq sabiq baş məşqçisi Luçano Spalletti ilk baxışdan qəribə, ancaq xoş təsir bağışlayan hadisə ilə üzləşib.

Arena.az xəbər verir ki, Neapol klubunun ultrası Spallettinin 2021-ci ilin oktyabr ayında oğurlanmış “Fiat Panda” markalı avtomobilinin sükanını baş məşqçiyə geri qaytarıb.

Xatırladaq ki, o zaman Neapol klubunun ultras təşkilatının üzvləri italyan mütəxəssisin komandadakı işindən narazı olduğu üçün baş məşqçinin avtomobilini aparmışdılar. Onlar müvafiq üsulla öz narazılığını ifadə etmişdilər. Oğrular apardığı avtomobilin yerinə “Spalletti, əgər sən getsən, biz sənin “Panda”nı sənə qaytaracağıq” yazılı sərlövhə yerləşdirmişdilər.

Növbəti il məşqçiyə öz avtomobilini geri almaq üçün “əlini cibinə salması” tələbi ilə kağız göndərmiş oğrulara Spalletti özünəməxsus əminlik və bir qədər incikliklə cavab vermişdi:

“Biz öz işimizi düzgün görürük, gələn il də mütləq “Napoli”nin baş məşqçisi olaraq qalacağam. Mənim “Panda”m? Əvvəlcə, onu hansı vəziyyətdə bizə qaytaracaqlarını, neçə kilometr yol getdiklərini və içərisində Pino Danielenin disklərinin olub-olmadığını görəcəyik”.

Spalleti ötən gün Neapol şəhərini tərk edərkən xoş sürprizlə qarşılaşıb. Belə ki, onunla vidalaşmağa azarkeş birliklərinin bir neçə nümayəndəsi gələrək, Spallettiyə böyük bir qutuda oğurlanmış “Fiat Panda”nın sükanını, həmçinin içində Pino Danielenin bəstələrindən ibarət diskləri hədiyyə ediblər.

Xatırladaq ki, Luçano Spalletti “Napoli”yə son 33 ildə ilk titulu – İtaliya çempionluğunu qazandırıb. Daha əvvəl, baş məşqçi yaradıcı məzuniyyət götürmək istəyi səbəbi ilə Neapol klubundan ayrılmaq niyyətində olduğunu bildirmişdi.