Luis de la Fuente: “Biz qələbəyə layiq idik”

İspaniya yığmasının baş məşqçisi Luis de la Fuente UEFA Millətlər Liqasının finalında Xorvatiya yığması üzərində qələbəni şərh edib.

Arena.az UEFA-nın rəsmi saytına istinadən Luis de la Fuentenin bu xüsusda fikirlərini diqqətinizə çatdırır:

“Dünən penaltiləri məşq etdik, bu həftə əlimizdən gələn hər şeyi çalışdıq. Biz rahat idik, penaltilər bizə təzyiq etmədi. Daniel Karvaxal penalti zərbəsini əla yerinə yetirdi, o, böyük şəxsiyyətdir.

Unutmayaq ki, biz Avropanın 16 ən güclü komandası ilə mübarizə aparmışıq, onlardan yalnız dördü yarımfinala yüksəlmişdi. Finala çıxmaq böyük uğurdur. Biz xoş sözlərə layiqik. Dünya çempionatında üçüncü olan yüksək səviyyəli komanda ilə oynayırdıq, bu, ciddi məqamdır.

Ümumiyyətlə, biz daha əvvəl qələbəyə layiq idik. Ancaq bunu bu şəkildə qazanmaqla, qələbə daha da epik görünür. Futbolçular üçün çox şadam, çünki onlar əla iş gördülər və penaltini əla yerinə yetirdilər”.

Xatırladaq ki, İspaniya yığması UEFA Millətlər Liqasının finalında Xorvatiya yığmasına əsas və əlavə vaxtı “quru” hesabla başa çatmış oyunun penaltilər seriyasında 5:4 hesabı ilə qalib gələrək turniri çempion kimi başa vurub.