Luis de la Fuente Fransa yığması üzərində qələbəni şərh etdi

İspaniya millisinin baş məşqçisi Luis de la Fuente AÇ-2024-ün yarımfinalında Fransa yığması üzərində qələbəni (2:1) şərh edib.

Arena.az UEFA-nın rəsmi saytına istinadən, ispan mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Mən bu oyunçular dəstəsinə inamımı qoruyub-saxlamalıyam. Onlar həmişə ümumi mənafe üçün çalışırlar. Bu, sadəcə doymaq bilməyən komandanın simasına daha bir işarədir. Bu oyunçulara rəhbərlik edə bildiyim üçün fəxr edirəm.

Mən bilirəm ki, oyunçularım daha çox səmərə verə və daha da yaxşılaşa bilərlər və demək olar, əminəm ki, belə də olacaq. Bizim futbol haqqında təsəvvürümüz özümüzə inamımıza əsaslanır. Biz öz güclü tərəflərimizi istifadə etmək istəyirik”, deyə De la Fuente bildirib.

İspan mütəxəssis Fransa yığmasının qapısına vurulmuş qolların müəllifləri – Lamin Yamal və Daniel Olma haqda fikirlərini açıqlayıb:

“Yamal daha təcrübəli oyunçu kimi görünür. Mən onun komandamızda olmasına şadam və ümidvaram ki, bundan sonrakı illərdə də ondan zövq alacağıq.

Olmo? Mən onun nəyə qadir olduğunu bilirəm. Ona sadəcə olaraq zədəsini dəf etmək, uyğunlaşmaq və ona gərək olan nəbzi və ahəngi bərpa etmək üçün zaman gərk idi. Daniyə, meydanda bizə gətirdiklərinə görə minnətdaram”, deyə ispan mütəxəssis vurğulayıb.

Luis de la Fuente AÇ-2024-ün finalına yüksəlmiş İspaniya yığmasının həlledici oyuna yanaşması haqda da açıqlama verib:

“Əminəm ki, final tamamilə fərqli olacaq: o rəqibə qarşı ki, bizim ən yaxşı çıxışımızı tələb edəcək. Çətin görünsə də, bizim, oyunumuzu yaxşılaşdırmaq üçün əsasımız var”, deyə ispan mütəxəssis vurğulayıb.

Beləliklə, İspaniya yığması iyul ayının 14-də AÇ-2024-ün həlledici oyununa çıxacaq. “Qırmızı qəzəb”in rəqibi bu gün, iyulun 10-da keçiriləcək Niderland – İngiltərə cütününü qalibi olacaq.