İspaniya yığmasının baş məşqçisi Luis de la Fuente komandasının 2024-cü ildəki Avropa çempionatında yer aldığı qrup haqda danışıb.
Arena.az xatırladıq ki, püşk İspaniya yığmasını İtaliya, Xorvatiya və Albaniya kollektivləri ilə “B” qrupunda rəqib edib.
“Bu, turnirdəki ən çətin qrupdur – “ölüm qrupu”. Bu, bizdən əlimizdən gələni etməyi tələb edəcək, amma İspaniya özünü güclü hiss edir və buna görə də əminəm ki, rəqiblərimiz də razı deyillər.
Heç kim İtaliyanı öz qrupunda istəməz, çünki onlar əla komandadır. Xorvatiya bu illər ərzində əla nəticələr əldə edib, heyətində əla oyunçular var. Albaniyaya gəlincə, o seçmə qrupda birinci yeri tutub.
Biz yaxşı başlamalıyıq, təcrübəm mənə deyir ki, çox qalib gələnlər müvafiq turnirlərə ən yaxşı toparlanma ilə gedirlər” – AS dərgisi ispan mütəxəssisdən sitat gətirir.
Xatırladaq ki, AÇ-2024-ün final mərhələsi 2024-cü il iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək. İtaliya yığması Avropa çempionatına yarışın cari qalibi qismində təşrif buyuracaq.