Luis Enrike – 2025-ci ilin ən yaxşı baş məşqçisi!

PSJ-ni çalışdıran Luis Enrike Beynəlxalq Futbol Tarixi və Statistikası Federasiyası tərəfindən 2025-ci ilin ən yaxşı baş məşqçisi elan edilib.

Arena.az bu barədə Beynəlxalq Futbol Tarixi və Statistikası Federasiyasının (IFFHS) rəsmi saytına istinadən xəbər verir.

Belə ki, IFFHS klublar üzrə 2025-ci ilin ən yaxşı baş məşqçisinin adını açıqlayıb. Siyahıda birinci yeri Fransa çempionu PSJ-nin ispaniyalı baş məşqçisi tutub. Enrike 222 xalla birinci olub.

“Çelsi”nin (İngiltərə) baş məşqçisi Entso Mareska (60 xal) ikinci, “Barselona”nı (İspaniya) çalışdıran Hansi Flik isə (57 xal) üçüncü yerdə qərarlaşıb.

İlk “5-lik”də həmçinin “Bayern”dən (Almaniya) Vensan Kompani (42 xal) və “Arsenal”dan Mikel Arteta (24 xal) yer alıblar.

  1. Luis Enrike (PSJ) – 222
  2. Entso Mareska (“Çelsi”) – 60
  3. Hnsi Flik (“Barselona”) – 57
  4. Vensan Kompani (“Bayern”) – 42
  5. Mikel Arteta (“Arsenal”) – 24
  6. Antonio Konte (“Napoli”) – 21
  7. Simone İnzaqi (“İnter”/“Əl-Hilal”) – 17
  8. Xabi Alonso (“Bayer”/“Real”) – 14
  9. Abel Ferreyra (“Palmeyras”)
  10. Krunoslav Yurçiç (“Piramids”) – 9
  11. Filipe Luis (“Flamenqo”) – 9
Xəbəri sosial şəbəkələrdə paylaş: