PSJ-nin baş məşqçisi Luis Enrike UEFA Çempionlar Liqasının 1/16 final mərhələsinin “Brest”lə cavab oyunundakı qələbəni şərh edib.
Arena.az məlumat verir ki, səfərdə 3:0 hesablı qələbə qazanmış PSJ, evdə “Brest”i 7:0 hesabı ilə darmadağın edərək, mübarizədən kənarlaşdırıb.
Luis Enrike matçdan sonra baş tutan mətbuat konfransında daha çox rəqib komandanın ünvanına tərif yağdırıb.
“Brest”ə qarşı oynamaq asan deyil. Bu, hazırda ən yaxşı fransız klublarından biridir. Amma biz arxayınlaşmağı özümüzə rəva görmədik. Rəqibimiz çox yığcam oynayırdı. Komanda bütün oyun boyu möhtəşəm idi”, – UEFA-nın mətbuat xidməti ispan mütəxəssisdən sitat gətirir.
1/8 final mərhələsinə vəsiqə qazanmış PSJ bu mərhələdə “Liverpul” və ya “Barselona” ilə qarşılaşacaq.