Luis Enrike: “Buna görə ilhamdan məhrum olacağıq”

PSJ-nin baş məşqçisi Luis Enrike Liqa 1-də komandasının ən yaxın izləyicisi “Nitsa” ilə 14 xallıq fərqi haqda fikrini açıqlayıb.

Arena.az “Ekip” nəşrinə istinadən, ispan mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Çempionluq yarışının taleyi həll olundumu? Əsla, heç bir halda. Çox güman ki, nəfəsini hiss etmədiyimiz birbaşa rəqibimiz olmadığına görə, həqiqətən də ilhamdan məhrum olacağıq. Amma bu, bizim ləyaqətimizdir, çünki buna oyunumuz sayəsində nail olduq”, deyə Luis Enrike vurğulayıb.

Xatırladaq ki, PSJ 22 oyundan 53 xalla Liqa 1-in turnir cədvəlində mütləq liderdir. Fransa nəhənginin ən yaxın izləyicisi 39 xalla 2-ci sırada qərarlaşmış “Nitsa”dır.