Fransa nəhəngi PSJ-nin baş məşqçisi, ispan mütəxəssis Luis Enrike jurnalistlərlə ünsiyyət qurmaq istəmədiyini bildirib.
Arena.az “Sports.es” dərgisinə istinadən, ispan mütəxəssisin bu barədə fikrini təqdim edir:
“Əgər indi mənə desələr ki, mətbuatla əlaqə saxlamayacağımı özündə əks etdirən sənədə imza ara bilərəm, amma eyni zamanda bunun müqabilində maaşımın 25 və ya 50 faizini alacaqlar, o zaman bunu imzalayaram”, deyə kütləvi informasiya vasitələrinin əlindən xirtdəyinə yığılmış Luis Enrike vurğulayıb.
Xatırldaq ki, ispan mütəxəssisin bu mövqeyi əbəs deyil. O, özünə aid sualları və gerçək məsələləri cavablayacağı haqda hər söhbətində öncədən xəbərdarlıq etsə də, dəfələrlə jurnalistlərin mövzu ilə əlaqəli olmayan sualları ilə üzləşir. Xüsusən də bu suallar parislilərin keçmiş fransalı ulduz hücumçusu Kilian Mbappe ilə əlaqəli, ehtimal üzərindən səslənən suallar olur.
Xatırladaq ki, Enrike PSJ-ni 2023-cü ilin iyulundan çalışdırır. İspan mütəxəssisin Fransa nəhəngi ilə cari müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Enrike PSJ-ni ümumilikfə 59 oyuna çıxarıb. Parislilər 39 qələbə qazanıblar, 13 heç-heçə ediblər və 7 oyunda məğlubiyyətə üzülüblər.
Luis Enrike PSJ ilə 2023/2024-cü illər mövsümündə “qızıl üçlük” əldə edib – Fransa Liqa 1-in, Fransa Kubokunun və Fransa Super Kubokunun qalibi olub.