Luis Enrike: “ÇL-də mərhələ keçəcəyimizə təminat verə bilmərəm”

Fransa nəhəngi PSJ-nin baş məşqçisi Luis Enrike Paris klubunun Çempionlar Liqasındakı son 3 oyunu haqda söhbət açıb.

Arena.az “Ekip” dərgisinə istinadən, ispan mütəxəssisin bu barədə fikrini təqdim edir:

“Mən təsnifat mərhələsini keçəcəyimizə təminat verə bilmərəm. Amma bilirəm ki, sona qədər çalışacağıq. Ümumilikdə finala bərabər dörd oyun keçirəcəyik. Son üç oyunda başımıza gəlmiş işlər izahedilməzdir. Onları ən yaxşı təsvir edən sözlər “izahedilməz” və “ədalətsiz” sözlərdir. Bu gün dəhşətli gündür”, deyə Luis Enrike bildirib.

Xatırladaq ki, PSJ Çempionlar Liqasında keçirdiyi son üç oyunda qələbə üzünə həsrətdir. Fransa nəhəngi Londonda “Arsenal”a məğlub olub (0:2), Parisədə isə PSV ilə heç-heçənin (1:1) ardınca, Madrid “Atletiko”suna uduzub (1:2).

PSJ Çempionlar Liqasının Liqa mərhələsinin növbəti, 5-ci tur oyununda Münhendə Almaniya nəhəngi “Bayern”in “qonağı” olacaq. Bu oyunda məğlubiyyət PSJ-nin cari mövsüm UEFA Çempionlar Liqasında çıxışına davam etməsini böyük sual altına ala bilər.

4 turdan sonra PSJ UEFA Çempionlar Liqasının Liqa mərhələsinin yarış cədvəlində 4 xalla 25-ci pillədə qərarlaşıb. Bu yer isə ələmə mərhələsinə vəsiqə vermir.

Xəbəri sosial şəbəkələrdə paylaş: