Luis Enrike “Liverpul”a rəqib olduqları püşkü qiymətləndirdi

PSJ-nin baş məşqçisi Luis Enrike UEFA Çempionlar Liqasının 1/8 finalında “Liverpul”a rəqib olmalarına münasibət bildirib.

Arena.az DAZN şəbəkəsinə istinadən, ispan mütəxəssisin bu barədə fikrini təqdim edir:

“Biz “Liverpul”a qarşı oyunlara hazırıqmı? Biz hazırıq. Mən özümü çox əmin hiss edirəm! Biz ixtiyari oyunda ixtiyari rəqibə qarşı oynaya bilərik”, deyə Luis Enrike qətiyyətlə vurğulayıb.

Xatırladaq ki, PSJ “Liverpul”la ilk oyunu martın 6-da evdə, cavab oyununu isə martın 12-də səfərdə keçirəcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: