Luis Enrike: “Məğlubedilməz qalmaq – mənim məqsədim deyil”

PSJ-nin baş məşqçisi Luis Enrike Fransa Liqa 1-in 22-ci turunda “Tuluza”ya qarşı keçirdikləri səfər oyunundakı qələbəni (1:0) şərh edib.

Arena.az “RMC Sport” dərgisinə istinadən, ispan mütəxəssisin bu barədə fikrini təqdim edir:

“Oyunun əvvəli çox tarazlı idi. “Tuluza” bizə çoxlu fəsadlar yaratdı, onların əla müdafiəsi var. Onlar yatımlı oynayırlar, bu, çox yaxşı çalışıb-işləyən bir komandadır. Meydan da yaxşı deyildi, top qovmaq çətin idi. Amma komandam yaxşı futbol nümayiş etdirdi. Komandam rəqabətəqadir idi… Məğlubedilməz qalmaq – mənim məqsədim deyil. Ümdə məqsədimiz – çempiontı qazanmaqdır. Biz ancaq bu barədə düşünürük”, deyə Luis Enrike vurğulayıb.

Cari mövsümdə keçirdiyi 22 oyundan 56 xal toplamış PSJ Fransa Liqa 1-in yarış cədvəlinə başçılıq edir. “Tuluza” isə 27 xalla 10-ci pillədədir.

Xəbəri istədiklərinizlə paylaşın