“Barselona”nın və İspaniya yığmasının sabiq baş məşqçisi Luis Enrike Fransa nəhəngi PSJ ilə anlaşmağa çox yaxındır.
Arena.az bu haqda “PSG Community”yə istinadən xəbər verir.
Mənbədən alınmış məlumata görə, Enrike artıq bir neçə gündür Qətərdədir və burada PSJ rəhbərliyi ilə danışıqlar aparır. İspan mütəxəssis Paris klubunu çalışdıracağından məftundur. Tərflər arasında ilkin razılığın əldə edildiyi deyilir. PSJ Luis Enrike ilə daha bir il müddətinə yenilənməni nəzərdə tutan iki illik müqavilə imzalayacaq. İspan mütəxəssisin əmək haqqı ildə 10 milyon avro olacaq.
Vurğulanır ki, Luis Enrike PSJ-nin baş məşqçi vəzifəsinə yeganə namizəddir ki, Neymar və Messinin komandadan ayrılmasına qarşı deyil.
Bir müddət əvvəl Luis Enrikenin “Napoli”yə baş məşqçi təyin ediləcəyinin mümkünlüyü ilə bağlı KİV-də ehtimallar yayılmışdı. Ancaq baş məşqçi Neapol klubnun rəhbərliyinə başqa klubla danışıqlar apardığını aydınlatmışdı.



