Luis Enrike PSJ-nin ÇL-dəki antirekorduna imza atdı

PSJ-nin baş məşqçisi, ispan mütəxəssis Luis Enrike Çempionlar Liqasında klubun məşqçilik antirekorduna imza atıb.

Arena.az məlumat verir ki, müvafiq antirekord PSJ-nin Çempionlar Liqasının Liqa mərhələsinin 5-ci turunda “Bayern”ə səfərdə 0:1 hesablı məğlubiyyəti ilə rəsmiləşib.

İndi ispan mütəxəssisin Çempionlar Liqasında PSJ-nin sükanı arxasında keçirdiyi 17 oyundan 8 məğlubiyyəti və cəmi 4 qələbəsi var.

Luis Enrikeyə qədər PSJ-nin sükanı arxasında Çempionlar Liqasında ən pis nəticə fransız mütəxəssis Loran Blana məxsus idi – 30 oyunda 7 məğlubiyyət.

5 turdan sonra 4 xal toplamış PSJ Çempionlar Liqasının Liqa mərhələsinin yarış cədvəlində 26-cı pillədə qərarlaşıb.