PSJ-nin baş məşqçisi Luis Enrike Paris klubunun qapıçıları – fransız Lyuka Şevalye və rusiyalı Matvey Safonovun rəqabəti haqda qənaətini açıqlayıb.
Arena.az ispan mütəxəssisin müvafiq qənaətini təqdim edir:
“Bu, fərqli olur. Bu gün vəziyyət müsbətdir, sabah isə mənfi ola bilər. Elə etməyə çalışıram ki, bu, komandanın xeyrinə işləsin”, deyə Luis Enrike vurğulayıb.
Qeyd edək ki, Lyuka Şevalye bu mövsüm PSJ-nin əsas qapıçısına çevrilib. Fransalı qolkiper meydana çıxdığı 14 oyunda 14 qol buraxıb, 6 matçda qapısını toxunulmaz saxlayıb.
Ötən mövsüm daha çox şans qazanan Matvey Safonov isə 2025/2026-cı illər mövsümündə hələ meydana buraxılmayıb. Məhz bu üzdən rusiyalı qolkiperin PSJ-dən narazı olduğu və ayrılmaq istədiyi barədə xəbərlər yayılmaqdadır.


 
                     
                     
                    













































