Luis Enrike PSV ilə qarşıdakı oyundan gözləntilərini açıqladı

PSJ-nin baş məşqçisi Luis Enrike Çempionlar Liqasının Liqa mərhələsinin 3-cü turunda PSV ilə qarşıdakı oyun haqda danışıb.

Arena.az PSJ-nin rəsmi saytına istinadən, ispan mütəxəssisin bu barədə fikrini təqdim edir:

“Bizi çətin bir oyun gözləyir. Bu, o qədər açıq rəqabətdir ki, hər şey ola bilər. Burada azarkeş dəstəyi çox vacib olacaq. Rəqibin səviyyəsini qiymətləndirmək asan iş deyil. Bir də baxmalısan ki, evdə və ya səfərdə oynayırsanmı, bu, hər şeyi dəyişir. Şübhəsiz ki, o çox yüksək səviyyəli rəqibdir. Onlar öz çempionatlarında güclüdürlər və inanılmaz statistikaya malikdirlər. Onlar yüksək oynayırlar, çox təpki edirlər, topla cəsarətli davranan komandadırlar. Onlar həm də yaxşı müdafiə olunmağı bacarırlar”, deyə Luis Enrike vurğulayıb.

Xatırladaq ki, PSJ – PSV oyunu bu gün, oktyabrın 22-də keçiriləcək. Hakim oyunu Bakı vaxt ilə saat 23:00-da başladacaq.

Xəbəri istədiklərinizlə paylaşın