PSJ-nin baş baş məşqçisi Luis Enrike Çempionlar Liqasının Liqa mərhələsinin 6-cı turunun “Zalsburq”la oyunundan gözləntilərini açıqlayıb.
Arena.az “beIN Sports” dərgisinə istinadən, ispan mütəxəssisin bu barədə fikrini təqdim edir:
“Bu oyun bizim üçün çox vacib olacaq. 19-20 oyunda gördüklərimi bəyənmişəm, komandam mənə inam bəxş edir. Sehrli düstur aydındır – rəqiblərimizdən daha çox fürsət yaratmaq.
20, 25 və ya hətta 30 məqam yaratmaq gərəkdir, bu, daha yaxşıdır. Biz mümkün qədər az qol buraxmalı və rəqiblərimizin fürsətlərinin isə daha az olmasına əmin olmalıyıq. Oyunumuzu yaxşılaşdırmağa çalışacağıq. Bizə əminliyimizi qoruyub-saxlamaq gərəkdir. Biz təpkini davam etməliyik”, deyə Luis Enrike vurğulayıb.
Xatırladaq ki, “Zalsburq” – PSJ oyunu bu gün, dekabrın 10-da keçiriləcək. Hakim oyunun Bakı vaxtı ilə saat 00:00-da (11 dekabr) başladacaq.
5 turdan sonra PSJ Çempionlar Liqasının Liqa məthələsinin yarış cədvəlində 4 xalla 25-ci pillədə qərarlaşıb. “Zalsburq” isə 3 xalla 32-ci yerdədir. Cari vəziyyətə görə, hər iki komanda ələmə mərhələsindən kənardadır.


