“Barselona”nın və İspaniya millisinin sabiq baş məşqçisi Luis Enrikenin PSJ ilə müqaviləsinin şərtləri məlum olub.
Arena.az xəbər verir ki, bu barədə “PSG Community” özünün “Twitter” hesabından məlumat yayıb.
Mənbənin məlumatına görə, ispan mütəxəssisin PSJ ilə müqaviləsi daha bir mövsüm uzadılması şərti ilə iki ilə nəzərdə tutulub. Enrike mövsümə təxminən 10 milyon avro qazanacaq.
Luis Enrike ulduzların klubdan getməsinə etiraz etməyib. İspan mütəxəssis diqqətini gənc, istedadlı futbolçuların yetişməsinə yönəltməyə üstünlük verir. Luis Enrike əməkdaşlığa meyllidir və komandasını seçdiyi futbolçulardan qurmaq istəyir.
Xatırladaq ki, PSJ ötən mövsümdə Kristof Qaltyenin rəhbərliyi altında Fransa çempionluğunu qazansa da, Çempionlar Liqasının 1/8 finalında mübarizəsini dayandırmışdı. Qarşısında böyük hədəfləri müəyyən etmiş PSJ rəhbərliyi üçün bu amil yeni baş məşqçi təyin etmək üçün əsas olmuşdur.