Luis Gilyerme “Vest Hem”də

Braziliyanın “Palmeyras” klububun 18 yaşlı sağ vingeri Luis Gilyerme bundan sonra “Vest Hem”in formasını geyinəcək.

Arena.az xəbər verir ki, bu barədə İngiltərə klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

Braziliyalı futbolçu ilə 5 illik (2029-cu ilin 30 iyununa qədər) müqavilə imzalanıb. Premyer Liqa təmsilçisi bu transfer üçün 23 milyon avro ödəyib.

Luis Gilyerme “Palmeyras”ın öz yetirməsidir. O, 2023-cü ilin yanvarından formasını geyindiyi bu klubun əsas komandasında 45 oyuna çıxıb. Gənc futbolçu bu görüşlərdə 1 qol və 1 məhsuldar ötürmə müəllifi olub.

Braziliyalı futbolçu vaxtilə ölkəsinin U-17 yığmasında da oynayıb. Hazırda isə Gilyerme Braziliyanın U-20 millisinin formasını geyinir.