Luis Hamilton “Mersedes”i “Ferrari”yə dəyişir?

Formula 1 üzrə dünya çempionatında mübarizə aparan “Mersedes” komandasının pilotu Luis Hamilton iş yerini dəyişə bilər. Arena.az xəbər verir ki, bu barədə Britaniyanın “Daily Mail” nəşri məlumat yayıb.

Xəbərdə bildirilir ki, Hamiltonla “Ferrari” arasında danışıqlar gedir. İtaliyanı təmsil edən “Ferrari”nin britaniyalı pilota 40 milyon funt-sterlinq məbləğində müqavilə təklif etdiyi iddia olunur.

Lakin Almaniyanın “Bild” nəşri bu iddiaların yalan olduğunu yazıb. Bu nəşrin mənbələrinə görə, bu xəbərlər sadəcə olaraq uydurmadır. Əslində tərəflər arasında heç bir danışıq getmir.

Xatırladaq ki, Lus Hamilton 2013-cü ildən “Mersedes”in uğurları üçün çalışır. Böyük Britaniyadan olan 38 yaşlı pilot indiyə qədər 61 qran-prinin qalibi olub. Hamilton Formula 1 üzrə 7 qat dünya çempionudur (2008, 2014, 2015, 2017, 2018, 2019 , 2020). “Mersedes”in üzvü bu mövsüm geridə qalan beş qran-pridə qalib ola bilməsə də, 56 xalla 4-cü pillədə qərarlaşıb. “Mersedes” isə 96 xalla konstruktorların mübarizəsində üçüncüdür.