Futbol üzrə Portuqaliya yığmasının sabiq yarımmüdafiəçi Luis Nani Avstraliyanın “Melburn Viktori” klubundan ayrılıb.
Arena.az xəbər verir ki, 36 yaşlı vingerin sözügedən komandadan ayrıldığını klub rəsmi saytı vasitəsilə açıqlayıb.
Azad agent statusuna malik futbolçunun karyerasını başa vuracağı və ya yenidən özünə komanda axtaracağı hələ məlum deyil.
Xatırladaq ki, portuqal yarımmüdafiəçi 2022-ci ilin iyul ayında Avstraliya klubu ilə 2 illik sözləşmə imzalamışdı. O, bu komandanın heyətində cəmi 10 oyuna çıxıb və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Nani “Melburn Viktori”dən öncə son olaraq İtaliyanın “Venesiya” komandasında çıxış edib. O, A Seriyası təmsilçisinin də heyətində 10 matça çıxıb və qol vura bilməyib.
Luis Nani əvvəllər İtaliyada “Latsio”nun da uğurları üçün çalışıb. O, karyerası ərzində “Sportinq”, “Mançester Yunayted”, “Fənərbaxça”, “Valensiya” və “Orlando Siti” kimi klubların formasını geyinib. Portuqaliya millisində 112 oyun keçirmiş Luis Naninin hesabında 24 qol var.