Luis Qustavo “Fənərbaxça”nı “Əl-Nəsr”ə dəyişdi

Türkiyənin “Fənərbaxça” klubu braziliyalı yarımmüdafiəçisi Luis Qustavo ilə yollarını ayırıb. Arena.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb.

35 yaşlı futbolçu Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubuna transfer olunub. Dayaq yarımmüdafiəçisi yeni klubu ilə 1+1 illik müqaviləyə imza atıb.

Luis Qustavo 2019-cu ilin yayında Marsel “Olimpik”indən 6 milyon avro qarşılığında Türkiyə klubuna transfer olunmuşdu. O, bu komandada keçirdiyi 3 mövsüm ərzində 97 oyuna çıxıb, 5 qola imza atıb. Braziliyalı futbolçu “Fənərbaxça” və “Olimpik”dən başqa, “Volfsburq”, “Bayern”, “Hoffenhaym”, CRB, “Korintians” kimi klubların da formasını geyinib. Braziliya yığmasında 41 oyuna çıxmış təcrübəli futbolçu, 2 qol vurub.