Futbol üzrə İspaniya La Liqasının 22-ci turu çərçivəsində baş tutan “Selta” ilə ev oyunu “Atletiko”nun hücumçusu Luis Suares üçün əlamətdar olub.
Arena.az xəbər verir ki, uruqvaylı forvard 2:2 hesabıyla bitən bu görüşdə dubla imza atıb.
Bununla da Suares cari mövsümdə vurduğu qolların sayını 16-ya çatdırıb. O, buna 17 çempionat matçında nail olub. Bu isə 21-ci əsrin rekord göstəricisi hesab olunur. Çünki bu əsrdə Luis Suaresdən öncə heç bir futbolçu debüt mövsümündə keçirdiyi 17 oyunda bu qədər qol vura bilməmişdi.
Əvvəlki rekord göstərici 2009/10 mövsümündə Madrid “Real”ının heyətində 17 oyunda 15 qol vuran Kristiano Ronaldoya məxsus idi.
Qeyde dək ki, Luis Suares 2020-ci ilin sentyabrında “Barselona”dan ayrılaraq azad agent kimi “Atletiko”ya qoşulub. 34 yaşlı uruqvaylı hücumçunun Madrid klubu ilə müqaviləsi 2022-ci ilin yayına qədər nəzərdə tutulub.